Bu gün AFFA-nın Nizam İntizam Komitəsinin iclası keçirilib.
Sport7.az xəbər verir ki, iclasda 21 dekabrda keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə olunub.
"Zirə” – "Neftçi” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.
AZAL – "Qəbələ” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
"Kəpəz” – "İnter” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Fanat.Az