"Qarabağ"dan ayrılan Namiq Ələsgərovun yeni iş yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, gənc futbolçu karyerasını "Neftçi"də davam etdirəcək.
"Qarabağ" Namiqlə yollarını qarşılıqlı razılıq əsasında ayırıb. Ağdam klubunda əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkən 21 yaşlı hücumçu bu səbəbdən komandanı tərk edib və "Neftçi"yə keçib.
Qeyd edək ki, Namiq A millimizin üzvüdü. O, komandada indiyədək 6 oyun keçirib.
Fanat.Az