Üzvləri milli komandaların heyətində çıxış edən klublara ödənilməsi üçün UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilmiş və “Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu bildirilmişdi.
Fanat.Az xəbər verir ki, UEFA sorğunu cavablandırıb və "AVRO-2016"nın seçmə mərhələsində “Xəzər Lənkəran” klubuna məxsus futbolçuların milli komanda heyətində çıxışına görə UEFA tərəfindən ayrılmış 120,583.68 avro vəsait UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Eyni zamanda, “Xəzər Lənkəran” klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.
Fanat.Az