12:03 28.12.2016 731

"Zirə"nin yeni baş məşqçisi: "Adil müəllimin belə heyəti yoxdu ki..."

"Zirə"nin yeni baş məşqçisi Ayxan Abbasovun "Report"a müsahibəsi


- Adətən baş məşqçi istefaya göndəriləndə, o, komandanı köməkçiləri ilə birgə tərk edir. Ancaq Siz, əksinə, Adil Şükürov gedəndən sonra baş məşqçi olmağa razılaşdınız...

- Bəli, bir məşqçinin öz heyəti varsa, onlar da gedir. Amma bizdə tam fərqli vəziyyətdir. Biz həm də aşağı yaş qrupları ilə işləyirik. Yəni, böyük məşqçi heyətimiz yoxdur. Bir ailə kimi fəaliyyət göstəriririk. Adil müəllimin komandada sırf belə heyəti yoxdur ki, onlar da getsin. Amma dünya praktikasında siz dediyiniz kimi olur. Biz 4-5 nəfər bir komanda olaraq işləyirik.


- Klub Adil Şükürovun istefasının komandanın uğursuz nəticələri ilə əlaqədar olduğunu bildirir. Amma Şükürov klubda başqa vəzifədə işləyəcək...

 - O, klubdan getməyib. İki ildir birgə işləyirik. Premyer Liqa, ondan əvvəl I Divizionda çalışmışıq. Dünən Adil müəllimlə rəhbərlik arasında iclas oldu. Razılaşdılar ki, uğursuz çıxışa görə o, akademiyada çalışsın. Yenə də bir yerdəyik.


- Yeni baş məşqçi kimi hansı dəyişikliklərə hazırlaşırsınız?

- Komanda pis deyil. Ötənilki heyətlə müqayisədə ən azı 8-9 nəfər indi də oynayır. Hamı deyir ki, keçən il çempionat zəif idi. Amma mən bu fikirlərlə razı deyiləm. Komandada sütun var. Düzdür, yeni futbolçular da gəldi. Ola bilsin, onların uyğunlaşma prosesində bəzi problemlər yaşandı. Komandanın nəticələrini, məğlubiyyətlərini götürsək, futbolçularda inamsızlıq, psixoloji gərginlik yaranmışdı. Futbolçuları uğurlu nəticələr qazanmağa inandırmaq lazımdır. Təbii ki, hər məşqçinin futbola baxışı eyni deyil. Yanaşmalar da fərqli olur. Amma böyük dəyişiklik olmayacaq.


- Ötən mövsüm komandada salvadorlu Nelson Bonilya vardı və hücum xəttində problem yaşanmırdı. Ancaq indi Bonilya yoxdur...

- Hücumçu məsələsi ilə razıyam. Uğur qazanmaq istəyirsənsə, rəqib qapıya gəlib, qol vurmalısan. Qol vura bilmirsənsə, demək böyük problem var. Ötən mövsüm Bonilya qışa qədər cəmi 3 qol vurmuşdu. Amma komandanın turnir cədvəlindəki mövqeyi və oyunu yaxşı idi. Oyunu üzərinə götürən futbolçular vardı. Amma qışdan sonra Bonilya yaxşı çıxış etdi, özünə inamı artdı. O futbolçunun qol vurma keyfiyyəti vardı. Buna baxmayaraq komandanın uğurunu sırf Bonilya ilə bağlamıram. Çünki ona qədər olan proseslər var. Hücum qurmaq, ötürmə etmək. Yəni, bütün komanda çıxış edirdi.


- Bonilyanın yenidən "Zirə"də çıxış etməsi mümkündür?

- Onun Portuqaliyanın "Nasional" klubu ilə müqaviləsi var. Orada çıxış edir. Bonilyanın "Zirə"yə qaytarılması söhbəti yoxdur.


- Hücumda problemlər var. Üstəlik qış transfer pəncərəsində də yüksək keyfiyyətli oyunçu tapmaq çətindir. Bu məsələni necə həll edəcəksiniz?

- Düzdür, qışda futbolçu tapmaq çətindir. Yaxşı oyunçu deyəndə, biz futbolçunun istədiyimiz keyfiyyətdə olmasını istəyirik. Çalışacağıq ki, oyunçu tapaq. Futbolda asan deyilən bir şey yoxdur. Nəsə əldə etmək istəyirsənsə, əziyyət çəkməlisən.


- Hansı mövqelərdə gücləndirmə işləri aparılacaq?

- Bu, bir günə verilən qərar deyil. Rəhbərliklə görüşümüz olacaq. Hər mövqeyə bir futbolçu olsa, xeyrimizə olacaq.


- O zaman kimlərlə yola davam edilməyəcək?

- Müdafiəçi Cəmil Hacıyev və və hücumçu Yasin Həmid komandadan ayrılıb. Başqa heç kim yoxdur. İstədiyimiz 2-3 futbolçunu tapmağa çalışacağıq. Boşuna transfer etmək lazım deyil. Bu, məsuliyyətli işdir. İstədiyimiz keyfiyyətdəki oyunuçunu görsək, o zaman transfer edə bilərik. Komandaya böyük inamım var.


- Sabiq futbolçunuz Sadiq Quliyev "Qəbələ"dən ayrılıb. Onu komandada görmək istəyərdiniz?

- Sadiq gənc, perspektivli futbolçudur. Oyun baxımından bir az problemi var. Çünki əsas heyətdə yer almırdı. O, xarakterli oyunçudur və həmişə oynamaq istəyir. Ancaq burada başqa məsələlər də var. Əsas gücü hücum xəttinə vermək, lakin balanslı iş görmək istəyirik. 


- "Zirə"nin qış toplanışı dəqiqləşməyib?

- Yəqin ki, Bakıda yığışacağıq. Rəhbərliklə görüşdən sonra hər şeyə aydınlıq gələcək.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

Facebookdan bizi izləməyi unutmayın.
X