Ramil Şeydayevi Rusiyadan “qoparmağa” nail olan AFFA rəhbərliyi onun Türkiyədə karyera qura bilməməsindən narahatdı. Fanat.Az xəbər verir ki, baş katib Elxan Məmmədov şəxsən Şeydayevin gələcək iş yeriylə maraqlanır.
Baş katib futbolçunun “Neftçi”də oynamasına son variant kimi baxır. Məmmədov klubdakı adamlarına Şeydayevi heyətə qatmağın vacibliyi haqda tapşırıq verib. Bu isə o deməkdi ki, Ramil daha münasib variant tapmayacağı halda, “ağ-qaralar”la anlaşacaq.
Fanat.Az