19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirə hazırlaşan yığmamız “Səbail”lə görüşüb.
I divizion təmsilçisinin milli ilə oyunu “Bayıl Arena”da təşkil olunub. Yığma aşağı dəstə təmsilçisi ilə görüşdə böyükhesablı məğlubiyyətə üzülüb – 0:5.
Fanat.Az