20:20 29.12.2016 805

Rusiyanı 2017-ci ildə gözləyən ən böyük qalmaqal - DOPİNQ

Kriştianu Ronaldo, Lionel Messi və Tomas Müller də 2018-ci il dünya çempionatına gəlmək istəməsə rusların halı necə olacaq?

Dünya qəzetləri indi Rusiyanın idman sahəsində çıxardığı hoqqalardan yazır.

Əvvəllər Ümumdünya Anti-dopinq Agentliyinin (WADA) Rusiyaya qarşı qərəzli mövqe tutmaqda təqsirləndirən dövlət rəsmiləri, hətta mətbuat canavarları son rüsvayedici faktların ortaya çıxmasından sonra susmağa üstünlük verirlər.

Qeyd olunur ki, əslində hər şey Rusiya idmançılarının 2014 Soçi Olimpiadasında şübhəli yüksək göstəricilərindən sonra başlayıb. Daha sonra, daxili informatorların sayəsində Qərb mətbuatında Rusiya idmançılarının yuxarıların da xeyir-duası ilə müxtəlif kokteyllərlə dopinq qəbul etdikləri barədə televiziya reportajları, ifşaedici materiallar  və məqalələr gedib.

Mətbuat Rusiyanın rəsmi şəxslərinin dünya idmanı tarixində ən iri miqyaslı fırıldağına, yəni dopinq qalmaqalına əl atdığını yazır.

The New York Times qəzetinin yazarı Rebekka Ruisə görə, “Rusiya rəsmiləri dövlət tərəfindən tətbiq edilən dopinq proqramını ifşa edən faktları artıq inkar etmirlər.

Rusiya Anti-Dopinq Agentliyinin (RusADA)  direktoru Anna Antseiloviç isə bunun instutsional, yəni sistemli şəkildə həyata keçirildiyini təsdiq edib.

Anna Antseiloviç
 
Rebekka Ruisin yazdığına görə, səlahiyyətli şəxslər dopinq proqramının dövlətin himayəsi altında gerçəkləşdirildiyini təsdiq etməkdən qorxurlar. “Dövlət deyərkən onlar prezident Vladimir Putin və onun yaxın çevrəsini nəzərdə tuturlar”, - Rebekka Ruis qeyd edib.

Qəzetlərin yazdığına əsasən, Rusiyanın böyük dopinq oyununun üstünün açılması içəridən gələn informasiya sayəsində mümkün olub.

Belə ki, Rusiyanın idmançılarda dopinqlərin müəyyən edilməsi üzrə mütəxəssis sayılan Qriqori Rodçenkov WADA-nın informatoru kimi bütün bu maxinasiyalar barədə məlumat verib. 

Qriqori Rodçenkov

Rodçenkov Rusiya idmançılarının dopinqlə təmin edilməsinin arxasında Federal Təhlükəsilik Xidmətinin və idman nazirinin müavini Yuri Naqornıxın dayandığını da iddia etmişdi. Sonradan öz həyatı ilə bağlı yaranan təhlükələrdən ehtiyat edən rus informator ABŞ-a köçməyə məcbur olmuşdu.

Rus rəsmilərinin xarici mətbuata açıqlamaları isə əsl həyasızlığı ilə diqqət çəkir. Məsələn, hazırda Rusiya Olimpiya Komitəsinin anti-dopinq komissiyasının rəhbəri Vitali Smirnov bu məsələ ilə bağlı çoxlu səhvlər buraxdıqlaırnı etiraf etsə də, eyni zamanda bu fırıldağın qlobal idman təşkilatçılarının Qərb idmançıları üçün etdikləri güzəştlərə cavab olaraq həyata keçirildiyini söyləyir. Onun fikrincə, eyni işlər Qərb ölkələrində və xüsusilə Çində də fırlanır, sadəcə, bu dövlətlərə dəyib-toxunan yoxdur.

“WADA-nın bəxti gətirib ki, onun Rodçenkov kimi informatoru var”, Rusiya Olimpiya Komitəsinin hüquqşünası Vitali Berezov belə deyir. 

Maraqlıdır ki, müsahibədən dərhal sonra RusADA xüsusi bəyanatla çıxış edərək New York Times-da yazılanlara reaksiya verib.

Agentlik Anna Antsieloviçin Rebekka Ruisə verdiyi müsahibədə söylədiyi fikirlərin təhrif olunduğunu bəyan edib.

Bəyanatda qəzetin “müsahibin adından qərəzli olaraq dopinq skandalında sanki dövlətin əli olması ilə bağlı fikirlər yazıldığı” göstərilib.

Hər halda görünən budur ki, bu məsələ Rusiya idmanı tarixində ona dəyən ən böyük zərbə olacaq. Qeyd olunur ki, bir sıra federasiyalar Rusiyada keçirilməsi planlanan bir çox yarışmanı ləğv ediblər.

Məsələn, Beynəlxalq bobsley və skeleton federasiyası 2017-ci ildə Soçidə keçirilməsi nəzərdə tutulan dünya çempionatını başqa ölkədə təşkil olunmasına qərar verib. Bundan başqa, biatlon üzrə Tümendə keçirilməsi nəzərdə tutulan dünya kuboku da təxirə salınıb. 6 rus biatlonçusu isə ümumiyyətlə yarışlardan kənarlaşdırılıb.


Bir çox idmanıçılar özləri Rusiyada keçiriləcək yarışlara gəlməkdən imtina edirlər.

İsveçrənin  Sueddeutsche Zeitung qəzetinin yazarı Yohannes Aumüllerin məqaləsində isə maraqlı və təhdid xarakterli sual da verilib: “Sabah əgər Kriştianu Ronaldo, Lionel Messi və Tomas Müller də 2018-ci il dünya çempionatına gəlmək istəməsə rusların halı necə olacaq?”

Qaynarinfo.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X