“Neftçi” rəhbərliyinin Ruslan Abışovu heyətə qatmağa çalışdığından xəbərdarsız. Abışova görə “İnter”ə müəyyən məbləğdə pul ödəməyə də razı olan “ağ-qaralar” arzusuna çata bilmir. Fanat.Az xəbər verir ki, “ağ-göylər” bu payız özünə gələn Ruslanı komandada saxlamaq istəyir.
Abışovun maaşının artırılması da nəzərdə tutulub. Hərçənd “bankirlər”in təkliflərini Ruslanın necə dəyərləndirəcəyi də əsas söhbət mövzusudu. “İnter”də qalmaq istəməsə, rəhbərliklə razılığa gələcəkləri şübhə doğurmur.
Fanat.Az