“İnter” ortababa çevrilmək təhlükəsiylə üz-üzədir. Fanat.Az-a etibarlı mənbədən verilən məlumata görə Beynəlxalq Bank klubun 2017-ci il üçün nəzərdə tutulan büdcəsini təsdiqləməyib.
Dekabrda “ağ-göylər”in prezidenti vəzifəsinə təyin olunan Azər Əliyev hazırda ölkə xaricindədi. Yanvarın 5-də Bakıya dönməyi planlaşdıran klub başqanı büdcə minimuma endiriləcəyi halda, ödənişli futbolçuların komandasını dəyişməsinə şərait yaradacaq. Məsələn, Ruslan Abışovla Ağabala Ramazanov müəyyən məbləğ qarşılığında “Neftçi”yə veriləcək. Adıçəkilən iki futbolçuya Mirhüseyn Seyidovun da qoşulması mümkündü.
Ancaq sponsorlar Bakı təmsilçisinə rəhm etsə, büdcə azaldılmasa, “Neftçi” rəhbərliyinin israrla istədiyi oyunçular heç yerə getməyəcək. Məsələni diqqətdə saxlayacağıq.
Fanat.Az