Kiyevin “Dinamo” klubunun sabiq futbolçusu Miloş Ninkoviç Yuri Syominin “Qəbələ”yə transferi ilə bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Ukrayna mətbuatına müsahibəsində o qeyd edib ki, “Dinamo”dakı keçmiş baş məşqçisi Syominin Azərbaycana getməsindən xəbərdardır.
“Soruşursunuz ki, Syominin karyerasını Azərbaycanda davam etdirməsinə təəccübləndim? Düzü, mən hesab edirdim ki, “Dinamo”dan sonra o, karyerasını başa vuracaq. Amma görünür, işləmək istəyir. Syominə uğurlar arzulayıram” – deyə M.Ninkoviç bildirib.
Qeyd edək ki, 2004-2012-ci illərdə “Dinamo”da oynayan Serbiya millisinin yarımmüdafiəçisi hazırda Fransanın “Evian” klubunun şərəfini qoruyur.
İdman24.az