“Neftçi” transfer işlərini davam etdirir. Fanat.Az klubun rəsmi saytına istinadən məlumat verir ki, komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.
Peşəkar karyerasına Çilinin "Reyncers" klubunda başlayan Herrera 2008-ci ildə Avropaya gəlib və bir il İspaniyanın "Real Betis" klubunun B komandasında oynayıb. 2010-cu ildə vətəninə dönən yarımmüdafiəçi "Huaçipato", "Magallanes", "Kobreloa", "Deportes İquique" klublarında top qovub. O, 2016-nın qışından Qazaxıstanın "İrtış" klubuna keçib (31 oyun, 4 qol).
Fanat.Az