"Qalatasaray"ın heyətdən kənarlaşdırdığı Yasin Öztekin karyerasını "Trabzonspor"da davam etdirə bilər. Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, Qara dəniz klubu bu transferlə bağlı "Qalatasaray"la qeyri-rəsmi danışıqlara başlayıb.
29 yaşlı futbolçunun transferi üçün şərtləri araşdıran "Trabzonspor"un Yasini mövsümün sonunadək icarəyə götürmək istəyir. Klub rəhbərliyi futbolçunun transfer hüququnu yayda almaq niyyətindədi.
Qeyd edək ki, Yasin 2012-2013-cü illərdə "Trabzonspor"da çıxış edib. "Qalatasaray" onu 2014-cü ildə "Kayseri Erciyəsspor"dan 2,5 milyon avroya alıb.
Bir neçə gün əvvəl "Qəbələ"nin bu futbolçu üçün 3,5 milyon avro təklif etdiyi deyilirdi.
Fanat.Az