“Sumqayıt”dan müəmmalı şəkildə ayrılan Amit Quluzadənin xarici klublardan təklif almasıyla bağlı yayılan informasiyalar doğrulub. Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Yunanıstan AEL-iylə razılığa gəlib.
Həmyerlimiz artıq tibbi müayinədən uğurla keçib və rəsmi sözləşməyə qol çəkməyə hazırlaşır. AEL 13 turdan sonra eyni sayda xal toplayıb və Yunanıstan Super Liqasında turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Sabah larissalılar səfərdə “Platanias”la üz-üzə gələcək, futbolçumuz bu qarşılaşmanı tribunadan izləyəcək.
Larissa təmsilçisində top qovacaq Amitin daha öncə Portuqaliya “Atletiko”sunda tər tökdüyünü xatırladaq.
Fanat.Az