“Neftçi” baxışa hücumçu dəvət edib. Fanat.Az-a verilən məlumata görə bakılıların düşərgəsinə 28 yaşlı xorvat təşrif buyurub.
Ölkəsinin “ikinci növ məhsul”larından olan Damir Vidoviçi Bakı təmsilçisinə təklif edən menecer onun “Sivasspor”la oyunda sınaqdan keçirilməsini istəyir. Vidoviç ödənişli futbolçu deyil və Azərbaycan təmsilçisində illik 80 min manat qazancla oynamağa razıdır.
Qeyd edək ki, 28 yaşlı hücumçunun son iş yeri Xorvatiyanın 2-ci liqasında çıxış edən "Kibalia" klubu olub.
Fanat.Az