18:25 09.01.2017 698

Adil Şükürovun istefasının ŞOK SİRRİ

"Neftçi"ylə ölkə kuboku çərçivəsində keçirilən qarşılaşmalar Adil Şükürov üçün "Zirə"nin baş məşqçi postunda sonuncu oldu.


İlk görüşdə gözlənilmədən 0:3 hesabıyla uduzan "Zirə" cavab oyununda 2:1 hesablı qələbəyə sevinsə də, kubokla vidalaşdı. Maraqlıdı ki, "Zirə"ylə "Neftçi"nin dueli iki komandanın baş məşqçisinin qarşılıqlı atmacalarıyla da zəngin idi. 


Əvvəlcə Adil Şükürov səfərdə "Neftçi"yə 4 cavabsız qol vuracaqlarını iddia etmişdi. Cavab görüşündən sonra Elxan Abdullayev "Zirə" kimə 4 qol vurub ki, bizə də vursun" deməklə Şükürovun "bostanına daş atmışdı".


Əldə etdiyimiz məlumatlara görə, Adil bəyin ilk görüşdən sonrakı açıqlamaları heç də səbəbsiz deyilmiş. Çalışdırıcı komandasının "Neftçi"dən açıq-aşkar üstün olduğuna əmin olub. İlk oyundakı 0:3 hesablı məğlubiyyətdə kənar qüvvələrin təsirinin olmasından şübhələnirmiş. Təsadüfi deyil ki, səfər oyununda "Zirə" həm hesabı açan, həm də qələbə qazanan tərəf oldu. Amma "Neftçi"yə 4 cavabsız qol vurmaq arzusu gerçəkləşmədi. Şükürov həmin qarşılaşmadan dərhal sonra istefasını açıqlamasa da, təxminən bir həftə sonra postundan ayrıldı. Ən qəribəsi odu ki, onun əvəzləyiciyi daha təcrübəli və iddialı mütəxəssis yox, elə öz köməkçisi Ayxan Abbasov oldu.


Təəccüblü deyilmi? "Zirə" rəhbərliyi iddialarını artırmaq fikrində idisə, Şükürovu daha güclü məşqçiylə niyə əvəzləmədilər? Ayxan Abbasov kubokdan əlini üzmüş komandanı avrokuboklara vəsiqə verən pilləyə yüksəldə biləcəkmi?


Mənbələrimiz bu müəmmanın səbəbini də izah ediblər. "Zirə"dən "Neftçi"nin yolunu açmaq, kubokdan könüllü əlini üzmək tələb olunub. "Ağ-qaralar"ın hazırkı vəziyyəti faciəvidi və klubun himayədarlarını heç cür razı salmır. 80 illiyində "Neftçi"nin avrokuboklardan kənar qalması isə onların planlarına daxil deyil. Göründüyü kimi, sponsorların səxavətindən yetərincə yararlanan həmin qüvvələr hazırda klubdan yerliləri göndərib, legioner gətirməklə məşğuldular. Məqsəd isə "Neftçi"nin gücləndiyi, avrokuboklara iddialı heyət formalaşdırıldığı görüntüsü yaratmaqdı. "Pərdə arxası" oyunlar isə 80 yaşlı yubiliyarın Avropaya yolunu qısaltmağa hesablanıb.


Adil Şükürov bu ssenariyə razılıq vermədiyi üçün bəzi futbolçular məsələni onsuz "həll ediblər". Bu isə Şükürovla kollektiv arasındakı münasibətləri pozub. Rəhbərlik isə daha "yuxarıda" yazılan ssenariyə əngəl ola bilmədikləri üçün Şükürovu müdafiə etməyib. Belədə çıxış yolu kimi Adil bəyin akademiyada formal bir işlə təmin olunması, komandanın Ayxan Abbasova tapşırılması seçilib. 8 komandalı çempionatda "Zirə" bu mövsüm elitadakı yerini qorumaq üçün mübarizə aparacaq, avrokuboklara iddialıların mübarizəsinə müdaxilə etməyəcək.


Təbii ki, məsələ ilə bağlı "Zirə"nin sabiq çalışdırıcısı Adil bəylə danışdıq. Mütəxəssis bizə bunları söylədi:


"Bu absurddu, ağıla gəlməyən bir şeydi. İnanın, hələ ömrümdə belə bir şey eşitməmişdim. Bunu necə fikirləşib deyiblər mənə çox maraqlıdı. Qətiyyən baş məşqçi vəzifəmdən buna görə ayrılmamışam. Heç ağlımıza gəlməz ki, biz belə bir şey edək. Bizim rəhbərlik və futbolçularla ağıla gələsi bir şey deyil. Komandamızı istəməyən insanlar belə bir şey deyə bilər. 


Düşünmürəm ki, "Neftçi"yə qara qüvvələrin "sayəsində" uduzmuşuq. Sadəcə futboldu, qol imkanlarından istifadə edə bilməyəndə nəsə dəyişiklik olmalıdı. Ağlıma da gətirmirəm rəhbərlik məni nəyəsə görə baş məşqçi postundan çıxarıb başqa iş versin. Keçənilki nailiyyətlərdə də hər birimizin əməyi var. İşimizi düzgün qurmağa çalışdıq. Mən belə şeylərə inanmıram. Özümə yaxın buraxmamışam. Kubok oyununda görünürdü ki, futbolçular əzmlə çalışır. Sadəcə belə şeylər olur. Komanda istəməsəydi, "Neftçi"nin qapısı qarşısında bu qədər qol vəziyyətləri yaratmazdı. Yəni, bu qədər imkan yaxalayırlarsa deməli istək, əzm var. Sadəcə, ən böyük problemimiz hücumçu ilə bağlı idi. Qol vuran hücumçumuz yox idi.  Bu il ötən mövsümdən fərqli olaraq rəqib qapıları qarşısında daha çox qol vəziyyətləri yaratmışıq. Sadəcə, reallaşdırmaqda problem vardı. Fikrimcə komandanı qışdan sonra gücləndirib daha yaxşı nəticələr qazanmaq olar.  Deyə bilmərəm "Neftçi" haqda nə düşünürlər, neyləyirlər. Amma bu məsələlərdə diqqətli olmaq lazımdı. Siz də bilirsiz ki, mən bu kimi şeyləri yaxına buraxmaram. Hamımız bir məqsəd üçün çalışırıq. Xahiş edirəm ki, ağlınızdan belə bir şeylər keçirməyəsiz. Bizim üçün düzgünlük, halallıq daha vacibdi".


sport7.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X