"Everton" Omar Niasseni icarəyə verib. Fanat.Az xəbər verir ki, seneqallı futbolçu mövsümün sonunadək "Hall Siti"də çıxış edəcək.
"Everton" Niasseni ötən ilin əvvəlində Moskva "Lokomotiv"indən 17,9 milyon avroya alıb. O, klubun əsas heyətində cəmi 7 rəsmi oyuna çıxıb və 151 dəqiqə oynayıb. Futbolçu bu mövsüm "Everton"un U-23 komandasında oynayıb.
Qeyd edək ki, Omarın böyük qardaşı İbrahim Niasse Bakı "İnter"ində (2012-2013) və "Qəbələ"də (2013-2014) çıxış edib. O, hazırda Hindistanın "Dehli Dinamo" klubunda top qovur.
Fanat.Az