20:58 29.09.2013 808

Hər iki oyunda "sülh": "Qəbələ" "taxta çıxdı"

Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, üçüncü oyun günündə iki matç baş tutub və hər ikisi paytaxtda keçirilib.

Günün ilk oyununda "Simurq" "Qəbələ"ni qəbul edib. Zaqatala stadionunda təmir işləri başa çatmadağından qarşılaşma "Şəfa"da reallaşıb. 36-cı dəqiqədə İlkin Qırtımov qırmızı vərəqə alaraq "Simurq"u azlıqda qoysa da, "Qəbələ" say üstünlüyündən yararlana bilməyib. Oyun 0:0 hesabı ilə başa çatıb. Xal itkisinə baxmayaraq, Yuri Syominin komandası birgünlük fasilədən sonra "Qarabağ"la "Neftçi"ni geridə qoyaraq yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Bu oyun komandalar arasında 19-cu matç olub. Bunlardan 7-də "Simurq", 6-da "Qəbələ" qələbə qazanıb, 6 matç bərabərliklə bitib. "Qəbələ" "Simurq"u sonuncu dəfə 2012-ci ilin 16 fevralında məğlub edib və son 4 matçda qələbəyə həsrət qalıb. 

Günün və turun son oyununda Bakı klubları qarşılaşıb. "Rəvan"la AZAL-ın "Bayıl Arena"dakı matçı günün digər oyunu kimi qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Bununla da AZAL ardıcıl iki məğlubiyyətdən sonra xal üzü görüb.

Bu komandaların 9-cu görüşü olub. Onlardan 4-də "Rəvan", 3-də AZAL gülən tərəf olub, 2 matç isə sülhlə bitib. Komandaların bu ilin 14 mayında baş tutan oyununda qapılara 8 qol vurulub. Həmin görüşdə AZAL 5:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ilk 2 oyun günündə 3 matç keçirilmişdi. "İnter" "Xəzər Lənkəran"ı, "Bakı" "Sumqayıt"ı 1:0 hesabı ilə yenmiş, "Neftçi" - "Qarabağ" görüşü heç-heçə bitmişdi - 0:0.

Premyer Liqa
2013/14 mövsümü
VIII tur

29 sentyabr
Simurq - Qəbələ 0:0
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov, 8. Mzee Patrik, 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 90+1), 15. Stepan Polyak (30. Raul Kostin, 69), 18. Tural Axundov, 22. Salif Ballo (16. Məhərrəm Hüseynov, 80), 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 20. İdan Vaytsman, 62. Cavad Kazımov.
Baş məşqçi: Georgi Çixradze.
Qəbələ: 25. Dieqo Kosta, 4. Amid Quluzadə, 6. Vladimir Levin (k), 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 75), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (11. Yannik Kamanan, 53), 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva.
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 3. Nikola Valentiç, 8. Nizami Hacıyev, 84. Deyan Kelhar, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr:  Rəşad Eyyubov, 52 (qeyri-idman hərəkəti). Anderson Oliveyra, 87 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: İlkin Qırtımov, 36 (köməkçi hakimi təhqi etdiyinə görə).
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
"Şəfa" stadionu. 600 tamaşaçı.

Rəvan - AZAL 0:0
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev (19. Hüseyn Axundov, 72), 9. Elnur Abdulov, 10. Sebastian Kastro-Tello, 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 27. Rəşad Abdullayev (33. Sahib Savankulov, 84), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 11. Kamil Nurəhmədov, 17. Ramazan Abbasov, 23. Kristian Torres.
Baş məşqçi: Vladislav Qədirov.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 4. Aylton, 7. Cavid Tağıyev (30. Yuri Fomenko, 88), 10. Con Oluremi, 17. Viktor İbekoyi (k), 18. Samuel Barlay (31. Şəhriyar Rəhimov, 46), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 8. Qərib İbrahimov, 14. Habil Nurəhmədov, 16. Feddi Borq.
Baş məşqçi: Vaqif Sadıqov.
Sarı vərəqələr: Miloş Adamoviç, 55 (qeyri-idman hərəkəti). Novruz Məmmədov, 62 (qeyri-idman hərəkəti). Cəmşid Məhərrəmov, 72 (perspektivli hücumun qarşısını aldığına görə) - Samuel Barlay, 43 (qeyri-idman hərəkəti). Xuan Fransisko, 60 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər:  Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bayil Arena". 300 tamaşaçı.

1

Qəbələ

8

5

1

2

13-7

16

2

Qarabağ

8

4

3

1

11-4

15

3

Neftçi

8

4

3

1

10-5

15

4

AZAL

8

4

1

3

8-10

13

5

Bakı

8

4

1

3

16-7

13

6

Simurq

8

3

3

2

7-6

12

7

Xəzər L        

8

2

3

3

6-8

9

8

İnter  

8

2

1

5

14-15

7

9

Rəvan          

8

1

2

5

3-18

5

10

Sumqayıt

8

1

2

5

5-13

5


Bombardirlər: Mindauqas Kalonas (Bakı) - 5. Əfran İsmayılov (Bakı) - 4. Viktor Mendi (Qəbələ), Leonardo da Silva (Qəbələ), Viktor İbekoyi (AZAL), Con Oluremi (AZAL), Vaqif Cavadov (İnter), Baçana Tsxadadze (İnter), Junior Nildo (Xəzər Lənkəran), Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Stepan Polyak (Simurq) - 3.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X