09:00 13.01.2017 692

"Neftçi" Elnur Məmmədovu axtarır

Elnur Məmmədovun "Neftçi"dən qovulmasından aylar ötsə də, klubla bağlılığı hələ də tam kəsilməyib. Yox, heç də onun "Neftçi"də yenə hansısa vəzifə tutduğunu və ya klubun idarəçiliyində qeyri-rəsmi formada iştirak etdiyini demək istəmirik. Azərbaycanın ən titullu klubunun bu vəziyyətə düşməsinin başlıca səbəbkarlarından biri olan sabiq icraçı direktor vəzifəsindən azad olunduğu gündən bütün səlahiyyətlərini itirib və "Neftçi"yə heç bir formada müdaxilə edə bilmir.

Əslində, onu "Neftçi" axtarır. Səbəb isə bu günə qədər maliyyə hesabatını verməməsidi. Hesabat verməli olduğu əsas məsələ isə Vəli Qasımovla birlikdə Cənubi Amerikaya etdikləri səfərdi. AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı bu günə qədər bu vecsiz səfərin hesabatını verməyib. 

Deyəcəksiz, bir Cənubi Amerika səfəri nədi ki, onu bu qədər şişirdib, "dağ başına" mindiriblər. Elnur Məmmədovla Vəli Qasımov okeanın o biri tayına öz hesablarına, turist kimi yox, "Neftçi"nin vəsaiti ilə ezamiyyətə gediblər. Bu iki nəfərin təkcə səfər xərcələri kluba 30 min dollara başa gəlib. İş səfərinə getdikləri Braziliyaya təyyarələrin biznes-klasında uçub, təntənəli otellərdə qalıb, krallar kimi istirahət ediblər. 

Görünən odu ki, bu səfər ancaq Elnur Məmmədovla Vəli Qasımovun krallara layiq istirahətindən başqa bir işə yaramayıb. Xatırlayırsınızsa, Tahir Süleymanovla Bəxtiyar Musayev illər öncə okeanın o tayına - Braziliyaya səfər etmişdilər. Onların səfəri Flavinyo kimi keyfiyyətli, peşəkar, çempionatın səviyyəsindən bir baş üstün futbolçunun "Neftçi"yə gəlməsi ilə nəticələnmişdi. Flavinyo onlardan təkcə biridi. Başqa gələnlər, "Neftçi"nin ardıcıl uğurlar qazanmasında xidmətləri onlarlar var idi. Elnur Məmmədov-Vəli Qasımov cütlüyünün Braziliya və Paraqvaya səfəri isə "Neftçi"nin fiaskosu, 80 illik klubun autsayderə çevrilməsi, bir oyunda 8 top buraxması ilə müşayət olundu.

Və təbii ki, fiaskonun bir hesabatı, məsuliyyəti də olmalı idi. Aylar əvvəl yazdığımız yazıda SOCAR rəhbərliyinə müraciət edərək bu səfərin araşdırılmasını, xərclənən pullarını hesabatını tələb etməyi məsləhət görmüşdük. Maliyyə böhranının tüğyan etdiyi, valyuta qıtlığının yaşandığı son illərdə bu qədər pulun ölkədən çıxarılmasına görə məsuliyyət daşıyanların cəzasını alması vacib idi.

Söhbət təkcə Cənubi Amerika səfərində havaya sovrulan pullardan getmir. Elnur Məmmədov-Vəli Qasımov cütlüyünün "Neftçi"də "at oynatdığı" dövrdə edilən gərəksiz transferlərə xərclənən milyonların, futbolçuların müqavilələrində göstərilən şişirdilmiş məbləğlərin mənimsələnilməsinin, klubun xarici səfərləri zamanı büdcədən oğurlanan pulların da hesabatı verilməlidi. Və yəqin ki, bir gün bütün bunlar araşdırılacaq və "Neftçi"nin, yəni Azərbaycanın büdcəsini talayanlar cəzasını alacaq...

Yeri gəlmişkən, "Neftçi"nin yeni rəhbərliyi də deyəsən köhnələrin yolunu getməyə başlayıb. "Dərisi boğazından çıxarılmış qardaş"dan dərs götürməyənlər yenə transfer oyunları oynayır, "Neftçi" yenə kimlərinsə qazanc mənbəyinə çevrilib. Bir sözlə, "köhnə hamam, köhnə tas" siyasəti davam edir. Bir fərqlə ki, Elnur Məmmədov-Vəli Qasımov cütlüyünün yerini, Orxan Hüseynzadə-Riad Rəfiyev tandemi tutur. Bu gedişlə onları da sələflərinin aqibəti gözləyir...

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X