İkinci dövrəyə hazırlığı davam etdirən "Turan Tovuz" bu gün 2 yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, tovuzlular öncə "Göyəzən"lə qarşılaşıb. Saat 12.00-da startı verilən matç 0:0 hesabı ilə yekunlaşıb. Bu oyunda baş məşqçi Əsgər Abdullayev əsasən digər klubların 19 və 16 yaşlılardan ibarət komandalarından baxışa dəvət olunmuş gəncləri yoxlayıb.
İkinci oyunda isə "Turan Tovuz" "Kəpəz"in əvəzediciləri ilə qarşılaşıb. Bu oyunda Abdullayevin komandası böyükhesablı qələbəyə sevinib - 6:0. Rəhman Musayevin het-trik etdiyi, İlkin Sadıqov və Aqşin Muxtaroğlunun fərqləndiyi oyunda bir avtoqol da qeydə alınıb.
Fanat.Az