“Qəbələ” Antalya toplanışı çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, Roman Qriqorçuk yetirmələrin Qazaxıstan çempionatında son mövsümü 4-cü pillədə başa vuran "Ordabası" ilə oyunda sınayıb.
Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, oyunda hesab açılmayıb. Görüşün 65-ci dəqiqəsində "Qəbələ"nin qapıçısı David Pietrzkeviç rəqibin penaltidən fərqlənməsinin qarşısını alıb.
Qeyd edək ki, bu vaxta qədər Antalyada 2 yoxlama oyunu keçirən “Qəbələ” Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a isə 1:0 hesabı ilə qalib gəlib.
Qəbələ (Azəırbaycan) - Ordabası (Qazaxıstan) 0:0
Qəbələ: 33. David Pietrzkeviç, 88. Tellur Mütəllimov, 3. Vojislav Stankoviç, 44. Rafael Santos, 32. Rəşad Eyubov, 27. Teo Uiks, 14. Cavid Hüseynov, 11. Asif Məmmədov, 77. Araz Abdullayev, 21. Roman Hüseynov, 30. Ramazan İsayev.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 98. Rövlan Muradov, 26. Ülvi İbazadə, 29. Hacıağa Hacıyev.
Fanat.Az