Ölkə çempionatının XV turu çərçivəsində sabah “İnter”lə qarşılaşacaq “Kəpəz” bu gün oyunun keçiriləcəyi stadionda məşq edib. Fanat.az klubun saytına istinadən xəbər verir ki, çalışmalar45 dəqiqə sürüb.
Gəncəlilər oyuna itkilərlə çıxacaq. “Sarı-göylər”3 futbolçusunun xidmətindən məhrumdu. Komandanın iki üzvü soyuqdəymədən əziyyət çəkdiyinə görə meydanda olmayacaq. Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələnib. Hər halda, Bəybalayevin adının“18-liy”ə salınmaq ehtimalı da yox deyil.Tibbi personal sabah təkrar müayinə ilə Bəybalayevin durumunu bir daha nəzərdən keçirəcək.
Müdafiəçi Renan Alveş isə cəzalıdı. Braziliyalı ötən ilin sonunda “Qəbələ” ilə səfər oyununda qırmızı vərəqə almışdı.
Fanat.Az