Fanat.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”la oyunndan (1:1) sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Qriqorçuk qış transfer pəncərəsi dövründə yeni hücumçu almalarının mümkünlüyü ilə bağlı suala belə cavab verib: “Biz də istəyirik alaq. Futbolçulara bəzən zarafatla deyirəm ki, “Qəbələ”yə artıq mən yaşda, 60 yaşda hücumçu axtarıram ki, gəlib sadəcə, qol vursun. Çünki qol vurmaq üçün hər şeyi edirik, yekun nöqtəni qoya bilmirik”.
Qriqorçuk yeni futbolçuları Araz Abdullayev haqda da danışıb: “Onun böyük potensialı var. Bu potensialın tam açılması üçün ona kömək etməliyik”.
Fanat.Az