“Çətin səfər oyunu idi. İstirahətdən sonra ilk matçımızı səfərdə, özü də bu cür komandaya qarşı keçirmək asan deyil”. Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan sonra (1:1) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Görüşdən sonra “CBC Sport” telekanalına danışan Abasov matçı belə şərh edib: “Maraqlı oyun keçdi. İstədiyimiz qolu vurduq. Sözün açığı, düşünürdük ki, qol şanslarını oyunun sonlarında əldə edəcəyik. Əks-hücum şansımız oldu, bunun sayəsində də hesabı açdıq. Əfsuslıar olsun ki, standart vəziyyətdən qol buraxdıq. Amma çox vacib 1 xal qazandıq. Çoxlu boşluqlarımız var. Uşaqlar bu gün “vuruşdular”. Qapıçımız və müdafiəçilərimiz çox güc sərf etdilər. Deyərdim ki, onların hesabına Qəbələdən 1 xalla qayıdırıq”.
Qeyd edək ki, “Qəbələ” -“Sumqayıt” matçı 1:1 hesabı ilə nəticələnib.
Fanat.Az