Dünya futbolunun əfsanəsi Dieqo Maradona İtaliya televiziyası “Kanal 5″ə səs-küylü açıqlama verib.
Futboçu qeyd edib ki, narkotikə 24 yaşında başlayıb: “İndi burada olmaq çox gözəldir. Narkotik istifadə etməyə davam etsəydim bu gün bəlkə heç yaşamırdım. Narkotik asılılığım həyatdakı ən böyük səhvimdir. 13 ildir qəti istifadə etməmişən. Artıq səhərlər xoşbəxt oyanıram. Çünki uşaqlarımla vaxt keçirə bilirəm”.
Futbolçunun 5 uşağı olsa da, onlardan 2-si - Dieqo Armando Junior və Jana ilə böyüdükdən sonra tanış olub: “Uşaqlarımla bacardıqca çox zaman keçirdib keçmişdəki itkiləri bərpa etmək istəyirəm. Klaudia ilk sevgimdir. Bittiyi üçün üzgünəm. İndi sevgilim Klaudiaya aşiqəm. Tək sayları sevmirəm. Bir uşağım daha olsun istəyirəm. Rokio məni yaxşı tanıyır. Bəlkə sabah başqa birimə aşiq olub onun arxasından gedə biləcəyimi bilir”.
Futbolçu ailəsi haqqında da danışıb: “7 nəfərlik bir ailə idik. Çox pulumuz yox idi. Anamın tez-tez xəstələndiyini xatırlayıram. Az yemək olurdu və bizim doymağımız üçün o az yeyirdi. Heç vaxt oyuncağımız olmadı, ancaq böyük bir sevgi var idi”.(A24.az)
Fanat.Az