"Mançester Siti"nin heyətinə qatmaq istədiyi iki futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Pep Qvardiolanın sərəncamında görmək istədiyi futbolçulardan biri Vilyam Karvalyodu.
Qvardiola yarımmüdafiə xəttini İlkay Gündoğanın zədələnməsi və Yaya Turenin mümkün gedişi səbəbindən gücləndirmək istyir. İspan mütəxəssisin bu mövqeyə əsas namizədi Karvalyodur. "Mançester Siti" rəhbərliyinin bu futbolçu üçün "Sportinq"ə 35 milyon funt-sterlinq verməy hazır oldubu deyilir.
"Mançester Siti"nin hədəfindəki digər ulduz Pyer-Emerik Aubameyanqdı. Avropa Liqasının iki oyununda "Qəbələ"nin qapısına 4 qol vurmuş "Borussiya"nın (Dortmund) qabonlu ulduzu üçün hansı məbləğin təklif ediləcəyi açıqlanmır.
Fanat.Az