Topaz Premyer Liqasında XVII tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Günün ilk oyununda turnir cədvəlinin qonşuları üz-üzə gəlib. Ardıcıl 3-cü dəfə səfərdə oynayan “Kəpəz” “Sumqayıt”ın qonağı olub. Bu il iki heç-heçə edən Samir Abasovun yetirmələri ötən tur əldən verdiyi 4-cü pilləni geri qaytarıb. “Zirə”nin xal itirməsindən yararlanan sumqayıtlılar 3:1 hesablı qələbə ilə bir pillə yüksəliblər. "Kəpəz" isə ardıcıl 4-cü məğlubiyyəti alıb. Hesabı 7-ci dəqiqədə Sergey Çernışev açıb. 28-ci dəqiqədə Azər Salahlı fərqi 2 topa çatdırıb. 61-ci dəqiqədə Məhəmməd Qurbanov fərqlənib. 10 dəqiqə sonra isə Kərim Diniyev "Kəpəz"in təsəlli qolunu vurub.
Tura mərkəzi oyunla yekun vurulub. “İnter Arena”da baş tutan paytaxt derbisində “İnter”lə “Neftçi” qarşılaşıb. İlə yüksək məhsuldarlıqla başlayan, amma ötən tur Sumqayıtda xal itirən Zaur Svanadzenin yetirmələri liderlərlə xal fərqinin artmaması üçün qalib gəlməli idi. Elxan Abdullayevin qışda heyətini yeniləşdirən komandası isə mövqeyini yaxşılaşdırmaq, 5 oyunluq qələbəsizliyə son qoymaq arzusunda idi. Oyuna yaxşı başlayan "ağ-qaralar" 13-cü dəqiqədə Daniel Seqoviyanın qoluna sevinib. 17-ci dəqiqədə Namiq Ələsgərov fərqlənib. 35-ci dəqiqədə Rauf Əliyev fərqi azaltsa da, 58-ci dəqiqədə "Neftçi"nin daha bir yeni transferi - İqnasio Fernandes rəqib qapısına yol tapıb. Beləliklə, "Neftçi" 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Qarabağ" "Zirə"ni, "Qəbələ" AZAL-ı 2:0 hesabı ilə yenib.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVII tur
9 fevral
Sumqayıt - Kəpəz 3:1
Qollar: Sergey Çernışev, 7. Azər Salahlı, 28. Məhəmməd Qurbanov, 61 - Kərim Diniyev, 71.
Sumqayıt: 1. Fərhad Vəliyev, 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə (k), 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 18. Süleyman Əhmədov, 21. Nasır Abilayev, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Kəpəz: 88. Tadas Simaitis, 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 68. Əli Nuri, 10. Dario Federiko, 77. Serjio Kosta, 7. Vüqar Bəybalayev, 19. Orxan Əliyev.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 90. Julien Ebah, 80. Tural Rzayev, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 17. Nicat Qurbanov, 14. Fərid Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Sumqayıt şəhər stadionu.
İnter - Neftçi 1:3
Qollar: Rauf Əliyev, 35 - Daniel Seqoviya, 13. Namiq Ələsgərov, 17. İqnasio Fernandes,, 58.
İnter: 1. Səlahət Ağayev, 3. Denis Silva, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 24. Fuad Bayramov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 2. Sərtan Taşkın, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov.
Baş məşqçi: Zaur Svanadze.
Neftçi: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 8. Zdenek Folprext, 12. Daniel Seqoviya, 17. Rəhman Hacıyev, 11. İqnasio Fernandes, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov.
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 13. Murad Ağayev, 3. Jayro Rodriges, 9. Uqo Barqas, 26. Kamal Qurbanov, 80. Edson Kastilyo, 60. Bahadur Həziyev.
Baş məşqçi: Elxan Abdullayev.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 17 | 12 | 3 | 2 | 31:8 | 39 |
2 | Qəbələ | 17 | 11 | 5 | 1 | 34:8 | 38 |
3 | İnter | 17 | 7 | 8 | 2 | 28:18 | 29 |
4 | Sumqayıt | 17 | 5 | 7 | 5 | 19:32 | 22 |
5 | Zirə | 17 | 6 | 3 | 8 | 14:18 | 21 |
6 | Kəpəz | 17 | 3 | 6 | 8 | 12:21 | 15 |
7 | Neftçi | 17 | 4 | 1 | 12 | 13:33 | 13 |
8 | AZAL | 17 | 1 | 5 | 11 | 8:31 | 8 |
Bombardirlər | Filip Ozobiç (Qəbələ) - 9. Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az