18:52 13.02.2017 747

"Komandam qapıya top vura bilmirsə..." - Tərlan Əhmədov

"Bu gün komandamı tanıya bilmədim. "Qarabağ” və "Qəbələ” ilə oyunlardan əsər-əlamət yox idi”. Bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov “İnter”lə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.


O, komandasında çatışmazlıqların çox olduğunu bildirib: “Üzərimizdə təzyiq olsa da, bu, bəhanə deyil.  Hücumla yarımmüdafiə xətti arasında əlaqə yox idi. Səvlərimiz həddən artıq çoxdur. Onları aradan qaldırmalıyıq”.


T.Əhmədov “İnter”in AZAL üçün arzuolunmaz rəqib olduğunu qeyd edib:  “Üç ildir buradayam, “İnter”ə  qalib gələ bilmirik. Rəqib 5 müdafiəçi ilə oynayır, bəlkə də buna görə bizə çətin olur.  Belə komandalara qarşı fərdi ustalığı önə çəkmək lazımdır. 


Komandam qapıya top vura bilmirsə, hakimləri qınamalı deyilik. Bizim vaxtımızda bu cür şərait yox idi, amma futbolçular indi zəif cəhətləri üzərində işləmir. Peşəkar oyunçu hər şəraitdə oynamalıdır. Komandamız zəif oynayırsa, keçmişdə olanlar bəhanə deyil”. 


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X