Azərbaycan Premyer Liqasının XIX turunda keçiriləcək “Qəbələ” - "Qarabağ" matçının başlama vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, fevralın 19-da keçiriləcək görüşün start fiti saat 17:30-da veriləcək.
Qeyd edək ki, 18 turdan sonra "Qarabağ" turnir cədvəlində birinci, 3 xal geri qalan "Qəbələ" isə ikinci pillədə qərarlaşıb.
19 fevral
17.30 Qəbələ - Qarabağ
Qəbələ şəhər stadionu.
Fanat.Az