Sabah öz meydanında “Qarabağ”ı qəbul edəcək “Qəbələ” “doğma divarlar” arasında uduzmayıb. Fanat.Az xəbər verir ki, mövsümdə yeganə məğlubiyyətini 13-cü turda Suraxanıda ağdamlılardan alan “qırmızı-qaralar” zəfərə köklənib.
Qurban Qurbanovun lider komandasından 3 xal geri qalan qəbələliləri heç-heçə belə qane etmir. Bu, tərəflərin 41-ci duelidi. Cari “futbol ili”ndə çempionluq uğrunda döyüşən komandalar 34 çempionat, 6 kubok matçında üz-üzə gəlib.
“Qəbələ” 9, “Qarabağ” 16 görüşdə qələbəyə sevinibsə, 15 oyunda qalib müəyyənləşməyib. Qəbələ təmsilçisi “köhlən atlar” üzərində 10-cu zəfərini - yubiley qələbəsini qazanmaq üçün alışıb yanır.
Fanat.Az