Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Fanat.Az xəbər verir k, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Günə Sumqayıtda start verilib. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkib. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Yusif Nəbiyevin vurduğu qol yeganə olub. "Kimyaçılar" qələbə nəticəsində bir günlük aradan sonra 4-cü pilləyə qayıdıb.
Həftəyə Qəbələdə yekun vurulub. Turun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gəliblər.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk hissədə Zenyov, ikinci hissədə Filip Ozobiç komandalarına qələbə gətirən qollara imza atıblar. "Qəbələ" qazandığı 3 xal nəticəsində liderliyə yüksəlib.
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "İnter" - "Zirə" matçı 1:1, "Neftçi" - "Kəpəz" görüşü 0:0 hesabı ilə yekunlaşıb.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XIX tur
19 fevral
Sumqayıt - AZAL 1:0
Qol: Yusif Nəbiyev, 13.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 13. Bəhlul Mustafazadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev.
Baş məşqçi: Samir Abbasov.
AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 44. Omeqa Roberts, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 77. Arkadi Qalperin, 24. Emin Cəfərquliyev (k), 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 70. Vaqif Cavadov, 11. Frank Madu, 3. Tural Hümbətov, 10. Nuqzar Kvirtiya.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Asim Xudiyev.
“Kapital Bank Arena”.
Qəbələ - Qarabağ 2:0
Qollar: Sergey Zenyov, 29. Filip Ozobiç, 68.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 31. Daniel Subotiç, 9. Sergey Zenyov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Petrjkeviç, 21. Roman Hüseynov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 18. Baqali Dabo, 27. Teo Uiks, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 11. Mahir Mədətov, 8. Miçel.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 22. Əfran İsmayılov, 71. Vüqar Nadirov, 91. Coşqun Diniyev, 32. Elvin Yunuszadə, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qəbələ | 19 | 12 | 6 | 1 | 38:10 | 42 |
2 | Qarabağ | 19 | 13 | 3 | 3 | 32:10 | 42 |
3 | İnter | 19 | 8 | 9 | 2 | 30:19 | 33 |
4 | Sumqayıt | 19 | 6 | 7 | 6 | 20:23 | 25 |
5 | Zirə | 19 | 6 | 5 | 8 | 17:21 | 23 |
6 | Neftçi | 19 | 5 | 2 | 12 | 14:33 | 17 |
7 | Kəpəz | 19 | 3 | 7 | 9 | 12:22 | 16 |
8 | AZAL | 19 | 1 | 5 | 13 | 8:33 | 8 |
Bombardirlər | Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter)- 7. |
Fanat.Az