Bu gün “Qarabağ”ı 2:0 hesabıyla məğlubiyyətə uğradan “Qəbələ” uğurlu seriyasını uzadıb. Fanat.Azın hesablamalarına görə yeganə məğlubiyyətini Premyer Liqanın 13-cü turunda səfərdə Ağdam təmsilçisindən alan (1:2) “qırmızı-qaralar” bu mövsüm “doğma divarlar” arasında uduzmayıb.
Ölkə çempionatı və kubok oyunlarında bu görüşədək 40 dəfə (34 çempionat, 6 kubok matçı) üz-üzə gələn tərəflərin 41-ci duelində meydan sahibləri yubiley zəfərinə imza atıb. Belə ki, indiyədək “Qarabağ” üzərində 9 qələbəsi olan “qırmızı-qaralar” 10-cu qalibiyyətinə qovuşub.
Fanat.Az