Əvəzedici heyətlərin çempionatında XX tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
AZAL - "Neftçi" oyununda iki qol vurulub və qalib müəyyənləşməyib - 1:1. "Zirə" doğma meydanda "Sumqayıt"ı 3:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, turun qalan 2 oyunu fevralın 27-də keçriləcək.
Əvəzedici heyətlər
2016/17 mövsümü
III dövrə, XX tur
25 fevral
AZAL - Neftçi 1:1
Qollar: Elçin İsmayılov, 7 - Kənan Mirzəliyev, 38.
Zirə - Sumqayıt 3:0
Qollar: İlkin Muradov, 21. Yamin Ağakərimzadə, 38. Muxtar Əliyev, 86.