14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Ateitis Cup 2017” turnirində qrup mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, Litvada keçirilən yarışda “Qəbələ”nin U-14 komandası növbəti oyununa çıxıb. “Qırmızı-qaralar” 3 qələbə və 1 məğlubiyyətlə qrupdan ikinci kimi final mərhələsinə çıxmağı bacarıb:
"Qəbələ" - "Riqa" 3:2
"Qəbələ" - "Legion" 0:4
"Qəbələ" - "Jalgiris" 2:1
"Qəbələ" - "Minsk" 1:0
Beləliklə, 4 oyunda 3 qələbə qazanan komanda bürünc medal uğrunda oyunda Minsk "Dinamo"su ilə qarşılaşacaq.