AZAL üzərində minimal hesablı qələbəyə sevinən “Neftçi” ardıcıl 3-cü Premyer Liqa oyununda qol “yeməyib”. Fanat.Az xəbər verir ki, “ağ-qaralar”ın qolkiperi Maksim Vaylo camiəni sonuncu dəfə 2013/14 mövsümündə imza atdığı nəticəylə sevindirib.
Öncə “Sumqayıt”ı tək qolla yenən, ardından “Kəpəz”lə qolsuz bərabərliyə razılaşan Bakı təmsilçisi 2014-cü ilin martında “Rəvan”la “Xəzər Lənkəran”, apreldə “Bakı”yla üz-üzə gəlmiş və bu oyunların hamısında 1:0 hesablı qələbə qazanmışdı.
Fanat.Az