Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “İnter” – “Qəbələ” matçının vaxtı müəyyənləşib.
Fanat.Az paytaxt klubunun "Facekook" səhifəsinə istinadən xəbər verir ki, martın 4-də baş tutacaq qarşılaşma bir qədər gec saatlarda start götürəcək.
Belə ki, oyunun start fiti 20:00-da səslənəcək.
Qeyd edək ki, “İnter” – “Qəbələ” görüşü “İnter Arena”da keçiriləcək.
Fanat.Az