I divizionda XX tur başa çatıb. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
“Şahdağ” öz meydanındı “Göyəzən”i, “Zaqatala” MOİK-i yenib. “Şərurspor” – “Energetik” oyunu isə gözlənildiyi kimi, baş tutmayıb. "Şərurspor" oyun alqı-satqısında iştiraka görə çempionatdan uzaqlaşdırıldığından qonaqlara texniki qələbə verilib.
“Şahdağ” - “Göyəzən” – 4:0
Qollar: Osman Osmanov, 14; Maksim Belavaka, 27; Həmidrıza Əmiriburçilui, 49(p.); Kamran Ağakərimov, 78
Qollar: Oruc Balaşlı, 62 (p.); Emin Mehdiyev, 90+2
Fanat.Az