Bir müddət əvvəl ANS-dən ayrılan Amil Hacıyev özünə yeni iş yeri tapmaq üzrədi. Hacıyev AFFA-ya menecerlik üçün müraciət edib. Bu barədə Fanat.az-a açıqlamasında keçmiş ANS-çinin özü bildirib: "AFFA-ya menecerlik üçün müraciət etmişəm. Hazırda federasiyadan cavab gözləyirəm".
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da məlumatı təsdiq edib: "Bəli, Amil menecerlik üçün bizə müraciət edib. Lakin hələ seçimlər olmayıb. Müraciətlər həddən artıq çoxdu. Onlara baxıldıqdan sonra seçim ediləcək. Seçilən şəxslər daha sonra xaricə göndəriləcək və AFFA ilə yüksək maaşlı müqavilə imzalanacaq".
Qeyd edək ki, AFFA menecerlərin işə qəbulu üçün bir müddət əvvəl müsabiqə elan etmişdi.