11:57 31.03.2017 602

Millimizin üzvü "Fənərbaxça"da oynamaqdan imtina etdi - TƏFƏRRÜATLAR

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozancan Kökcünün "Bursaspor"a transferinin təfərrüatları açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Məlumata görə, Türkiyədə "Fənərbaxça", "Başakşəhər", "Antalyaspor" və "Konyaspor"un maraq dairəsində olan Ozancanın transfer haqqı ödənmədən "Bursaspor"a keçməsinin səbəbkarı klubunun skaut komitəsinin rəhbəri Özhan Pulat olub.


Pulatın bu transfer üçün uzun müddət çalışdığı və Kökcü ailəsini bir həftə öncə Bursaya gətirirək klubun bazasını gəzdirdiyi bildirilir. Futbolçunun 41 yaşlı atasının Halis Kökcünün Bursanı çox bəyəndiyi, klub prezidenti Ali Ay, baş məşqçi Mutlu Topçu ilə görüşdüyü və bu görüşlərdən sonra "Bursaspor"la prinsipial anlaşma əldə etdiyi deyilir.


Mutlu Topçu Onur Atasarayı örnək göstərdi


Hətta Mutlu Topçunun ata Kökcü ilə danışarkən Onur Atasarayı otağa çağırdığı və gənc futbolçunun "Bursaspor"da qısa müddətdə oynamaq şansı qazanaraq necə inkişaf etdiyi örnək göstərib. Baş məşqçinin bu addımı Kökcü ailəsinin qərarına təsir edib.


Kasımpaşaya menecer "yağışı"


Kasımpaşada keçrilən və meydan sahiblərinin 4:0 hesablı qələbə qazandığı Türkiyə və Azərbaycan U-21-ləri arasındakı oyunda Özancan diqqət mərkəzində olub. Türkiyə mətbuatının məlumatına görə, 69 dəqiqə oynayan 1998-ci il təvəllüdlü futbolçunu heyətinə qatmağa çalışan 5 Super Liqa klubunun nümayəndəsi və futbolçu menecerləri tribunadan yer alıb.


"Feyenoord"la anlaşması iyunun 30-da başa çatacaq və Hollandiya klubu ilə yeni anlaşma imzalamaq istəməyən Ozancanı heyətinə qatmaq istəyn "Fənərbaxça" futbolçunu Türkiyə - Azərbaycan matçından dərhal sonra İstanbula apararaq müqavilə imzalamaq üçün hərəkətə keçib. Bu məqsədlə "Fənərbaxça" rəsmisi Hasan Çetinkaya və Emre Morun mneceri Muzzi Özcan Ozancan oyundan çıxan kimi Azərbaycan yığmasının paltardəyişə otağının önünə yollanıb. 


Kökcü "Fənərbaxça"nı rədd etdi


Hasan Çetinkaya və Muzzi Özcan futbolçumuza "Səni sabah səhər Samandra ("Fənərbaxça"nın bazası) aparıb, Aziz Yıldırımla görüşdürüəcəyik və "Fənərbaxça"ya transfer edəcəyik" Gəl indi səni bu gecə gözəl bir oteldə qonaq edək" deyiblər.


Amma Ozancan və atası qərarlarını dəyişməyərək "Yox, biz "Bursaspor"a söz verdik. "Fənərbaxça" ilə müqavilə imzalamayacağıq" cavabını veriblər.


Bu cavab Ozancanın menecerliyini öz üzərinə götürmək istəyən Muzzi Özcan və Hasan Çetinkayanı şoka salıb.


Kökcü ailəsi eyni cavabı təklif aldıqları digər Super Liqa klublarına da veriblər.


AFFA-dan icazə aldılar


AFFA-dan icazə alan "Bursaspor" rəsmisi Özhan Pulat Ozancan və ailəsini Bursaya aparıb. Bu arada transfer xəbərini alan futbolçunun anası Sibel Kökcü də Hollandiyadan birbaşa Bursaya gəlib. 


Məlumata görə, Muzzi Özcan müqavilə imzalandığı ana qədər Ozancana zəng edərək "Bursaspor"la müqavilə bağlama, gəl səni "Fənərbaxça"ya transfer edək" deyib. Ancaq futbolu və ailəsi sözündən dönməyib.


Qeyd edək ki, Ozancan uzun müddətdi millimizin baş məşqçisi Robert Prosineçkinin maraq dairəsindədi. Azərbaycan U-21-də debüt edən futbolçunun tezliklə A millimizə dəvət alması gözlənilir. Düzdü, futbolçu və ailəsi Azərbaycanı seçdiklərini bildiriblər. Lakin onun "Bursaspor"a transferindən sonra Türkiyə millisi variantı gündəmə gəlib. Bu səbəbdən futbolçu qərarını dəyişə bilər. Artıq Türkiyə mətbuatı bu barədə tez-tez yazır.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X