Topaz Premyer Liqasının XXIV turu “Qarabağ”da yubileylə əlamətdar olub. Fanat.Az xəbər verir ki, Ağdam klubunun futbolçusu Əfran İsmayılov əyalət klubunun heyətində 200-cü matçını keçirib.
Bu hadisə “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. Start heyətində meydana çıxan Əfran 2:1 hesablı qələbəyə sevindiyi matçda 90 dəqiqə forma geyinib. Yarımmüdafiəçi “Qarabağ”ın tarixinə rəsmi turnirlərdə 200 və daha çox oyun keçirən 16-cı futbolçu kimi düşüb. 28 qol vuran Əfrana qədər 15 oyunçu bunu bacarmışdı.
İsmayılov Ağdam təmsilçisində 2006/07 mövsümündə debüt edib. O, indiki komandasının heyətində Azərbaycan çempionatında 146 (20 qol), Avropa Liqasında 28 (6), Azərbaycan kubokunda 21 (2), Çempionlar Liqasında 5 matç keçirib. (pfl.az)
2006/07Azərbaycan çempionatı70
2007/08Azərbaycan çempionatı60
2007/08Azərbaycan kuboku30
2008/09Azərbaycan çempionatı10
2009/10Avropa Liqasi40
2009/10Azərbaycan çempionatı275
2010/11Avropa Liqasi65
2010/11Azərbaycan çempionatı121
2011/12Avropa Liqasi50
2011/12Azərbaycan çempionatı256
2011/12Azərbaycan kuboku41
2012/13Azərbaycan çempionatı221
2012/13Azərbaycan kuboku51
2015/16Avropa Liqasi81
2015/16Azərbaycan çempionatı296
2015/16Azərbaycan kuboku50
2015/16Çempionlar Liqasi10
2016/17Avropa Liqasi50
2016/17Azərbaycan çempionatı171
2016/17Azərbaycan kuboku40
2016/17Çempionlar Liqasi40
Fanat.Az