"Neftçi"nin 5 illik seriyası başa çatıb. "Ağ-qaralar" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a yenilərək (0:2, 0:0) mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, "Neftçi" bundan əvvəlki 5 finalın iştirakçısı olub. 2012-ci ildə "Bakı"ya yenilən (0:2) "ağ-qaralar" növbəti iki mövsümdə "Xəzər Lənkəran" (0:0, penalti - 5:3) və "Qəbələ"dən (1:1, penalti - 3:2) üstün olub. "Neftçi" 2015 və 2016-cı illərdəki finallarda "Qarabağ"a yenilib. 2015-ci ildə 1:3 hesabı ilə uduzan bakılılar ötən il əlavə vaxtda vurulan qol nəticəsində minimal hesabla yenilmişdi.
Fanat.Az