AFFA yeni yaradılan U-12 liqasına sponsor tapıb. Fanat.az xəbər verir ki, bu ildən keçiriləcək liqaya "Atena" Süd Məhsulları Şirkəti sonsorluq edəcək.
U-12 liqasında 81 komanda iştirak edəcək və yarışlar 12 regionda təşkil olunacaq. 81 komandada 109 məşqçi fəaliyyət göstərəcək və 1000-dən artıq futbolçu top qovacaq.