16:51 13.04.2017 785

"Şəmkir"də "üsyan" - Ara qarışdı

"Üç gün idi gözləyirdik. Artıq bu gündən komandanın fəaliyyətini dayandırdıq. Daha dözə bilmədim. Mənim yerimə kim olsaydı, çoxdan futbolla vidalaşmışdı. Özüm vaxtilə həvəskar səviyyədə futbol oynasam da, istəyirdim ki, yaxşı futbolçular yetişdirək, rayonumuzun adı qalxsın. Şərait yaratmadılar".

 

Fanat.Az xəbər verir ki, bu sözlər "Şəmkir"in 15 yaşlılardan ibarət komandasının baş məşqçisi Elşad Mirzəyevə məxsusdu. Mütəxəssis “sportinfo.az” saytına bildirib ki, klubun akademiyası bağlanıb, çünki rəhbərlik uşaq futboluna heç bir diqqət göstərmir:

 

"12 və 13 yaşlılarımız yanvardan "Şəmkir"in adından çıxış etməyi dayandırıb. Onların məşqçiləri baş katib Elxan Məmmədova müraciət edəndən sonra AFFA bu iki komandanın Şəmkirin Uşaq-Gənclər İdman Məktəbini təmsil etməsinə icazə verib. İndi hər ikisi UGİM-2 kimi ölkə çempionatda mübarizə aparır. Mən isə son günədək gözlədim, ümid elədim ki, vəziyyət düzələr. Ötən tur "Qarabağ"la oyuna çıxmayacaqdıq. Bu tur isə "Vətən"lə oynamalıydıq. Ancaq bu gün bildirdim ki, komanda dağılıb. Səbəblərini qoy sizə deyim. Elvin Səfərli "Şəmkir"in prezidenti olan gün bizə dedi ki, mənə uşaq futbolu lazım deyil. Təsəvvür edin, "Şəmkir" Premyer Liqada oynamaq istəyir, prezidenti isə uşaq futbolunu atır bir qırağa. Onun gözü şəmkirli məşqçiləri götürmür. Ordan-burdan gələnlərə inanır, bizə isə yuxarıdan-aşağı baxır.

 

Yayda ona dedim ki, mən sizdən maaş-zad istəmirəm, bircə yolpulunu verin, komandanı oyunlara aparıb-gətirə bilim. Vallah, Elvin Səfərli gələndən mən klubdan maaş almamışam. Fikrim o olub ki, Şəmkirin istedadlı uşaqları itib-batmasın. Burda yaxşı uşaqlar var, onları yetişdirmək istəmişəm. Ayda iki səfərə çıxırıq. Hər bir səfər komandaya 120 manatdan aşağı başa gəlmir. Bunun Bakısı var, uzaq rayonları var… Hamısına gedib-gəlmək lazımdı. İki-üç turdan sonra dedi ki, əşşi, bu nədi, oyunları uduzursuz, daha yolpulunu verən deyiləm. Onadək 240 manat verirdi, sonra məbləği saldı aşağı. Güc-bəla ilə danışıb razılığı aldım, dedi, 100 manat bəsinizdi, qalanını necə düzəldirsiz, hardan düzəldirsiz, özünüz bilərsiz. İki-üç oyundu onu da ala bilmirik.

 

Vallah, Şəmkirdə elə bir avtobus sürücüsü qalmayıb ki, onun yanında yalançı çıxmayım. Elvinə inanmışam, söz verib, amma eləməyib. Axı sürücü komandanı nəvaxtadək Bakıya havayı aparıb-gətirəcək? "Qarabağ"la oyuna getmirdim, Nofəl Əzizov mənə üz vurdu, and içdi, hətta söyüş söydü ki, gedin-gəlin, bura çatan kimi yolpulunuz ödəniləcək. Gedib-gəldik, yenə vermədilər. Mən də hirsimdən nalayiq sözlər dedim onlara ki, yalan danışdız, aldatdız məni.

 

"Kəpəz"dən qovulan 2-3 "moşennik"i götürüb gətirib "Şəmkir"ə. Hamısını da rəhbər vəzifələrə-qoyub. Ancaq onların sözüylə oturub-durur. Həmin adamları Gəncədə heç stadionun həndəvərinə yaxın buraxmırlar, Şəmkirdə isə klubu idarə edirlər. Belə zülm olar? Keçən dəfə səfərə getmişdik, mən o 120 manatı Elvindən tam ala bilmədim. Qırıq-qırıq, 15-20 manat verdi. Axırda 30 manat qaldı, dedim, day onu istəmirəm, haram xoşunuz olsun.

 

Bu adamın konkret uşaq futboluna marağı yoxdu. Üç yaş qrupu var idi, bu gün biri də yoxdu. Bilmirəm sponsorların kluba ayırdığı pul hara gedir. Heyif deyildi Fərid Hüseynov… Gül kimi prezident idi. Futbolun əsl fanatı bax o idi. AFFA onun vaxtında kluba hər ay 12 min manat ayırırdı. Fərid müəllim o pulla əsas komandanı da saxlayırdı, uşaq futboluna da baxırdı. Düz sözümdü, o insan "Şəmkir"lə nəfəs alırdı, hər gün bizimlə maraqlanırdı.

 

Uşaq məşqçilərini əsas komandanın məşqinə, iclasına dəvət edirdi. Onlar oyun udanda, mükafat alanda bizə də verirdi. Futbola o qədər bağlı idi ki, keçirdiyimiz oyunların hər birinin nəticəsiylə tez maraqlanırdı. Hesabı mesajla yazıb göndərməyəndə öz narazılığını bildirirdi, hətta hansı uşağın necə oynadığını, kimin qol vurduğunu soruşurdu. Prezident elə olar, yoxsa bu…

 

Bir dəfə gəlib oyunumuza baxmayıb, bizə barmaqarası yanaşıb. İlqar Nəbiyev adında bir idman direktorumuz var idi, burda gözəl işlər görməyə başlamışdı. "Şəmkir" Ağstafada oynayanda biz məşqçiləri stadionda yığdı başına, dedi, akademiya yaradırıq, gəlin, uşaq seçək. Harda yaxşı məşqçi, futbolçu görürdü, onlardan telefon nömrəsini götürürdü, əlaqə yaradırdı. Onu elə klubun özündəkilər "xərclədi". AFFA-ya ondan nə dedilər, nə demədilər, "Şəmkir"in pulu kəsildi.

 

Fərid müəllim bizə 300 manat maaş verirdi. İcazə verilmirdi ki, uşaqlardan pul yığılsın. Yoxlama oyunlarına gedəndə ayrıca pul verirdi. Region kubokunda iştirak etmək istəyirdik, amma yolpulu tapmaq lazım idi. Fərid müəllim onu da təşkil elədi öz cibindən. AFFA-dan bizə gec xəbər verildiyindən, sənədləri vaxtında çatdıra bilmədik, yoxsa "Şəmkir" orda da olacaqdı.

 

Mən inanmıram ki, yeni sponsorlar "Şəmkir"in pulunu dayandırsın. Belə olsaydı, əsas komanda qış hazırlığını Antalyada keçməzdi. AFFA-da məndən soruşurlar ki, Elvin Səfərli hər dəfə Premyer Liqadan danışır, klubun buna imkanı çatır? Deyirəm, bazada işıq yoxdu, üzr istəyirəm, ayaqyolunun suyu kəsilib, siz nə danışırsız? Premyer Liqada oynamaq istəyən klubun şəraiti belə olar?

 

Komandam oyunlarını olimpiya kompleksində keçirirdi. Əvvəl bizdən heç nə almırdılar. Sonra Elvin stadionun direktorunun müavinini qızışdırdı, o da gəlib dedi ki, hər oyuna 100 manat verməsəz, futbolçuları meydana buraxmayacam. Mən də rayonun imkanlı şəxslərindən, tanış-tunuşdan hər dəfə xahiş edib 10 manat, 20 manat alırdım, gətirib stadionun pulunu verirdim. Baxın, mən belə əzab-əziyyətlə komanda saxlamışam. Ona görə ki, Şəmkirdə uşaq futbolu olsun.

 

"Qarabağ"la oyunun yolpulunu bu gün aldım, o dəqiqə də dedim ki, sizdən futbola baxan olmaz, çempionatda çıxışımızı dayandırırıq. Bunlar başqa yolun yolçusudu. O 100 manatı daha düzəldib verə bilmirəm, çempionatda çıxışımiızı davam etdirsəydik, harda oynayacaqdıq? İcra başçısı yenə sağ olsun. rayonda bir balaca meydança tikdlirib. Oranın da nə tualeti var, nə də paltardəyişmə otağı.

 

Bir kənd məktəbinin meydançasında məşq edirdik. Direktor bizə öz otağını vermişdi, yanında "razdevalka" düzəltmişdi. Bu şəraitlə biz neyləyə bilərdik? Elvin Səfərli prezident olduğu müddətdə Şəmkirdə futbol olmayacaq".


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X