Premyer Liqanın iki bombardirindən birinin – Rauf Əliyevin keçə biləcəyi daha bir klub bəllidi. Fanat.Az-a verilən məlumata görə, bu mövsüm çempionatda 11 qol vurmağa imkan tapan Rauf “Qəbələ”də peyda ola bilər.
Düzdü, “qırmızı-qaralar”ın çalışdırıcısı Roman Qriqorçuk “onu mütləq sərəncamıma gətirin” deməyib. Ancaq “İnter”in heyətində “tükənmədiyini” isbatlayan forvardın yerli statusu daşıması “Qəbələ” rəhbərliyinin diqqət mərkəzindədi.
Futbolçu münasib əməkhaqqı qarşılığında bölgə komandasında top qovmağa razılaşsa, hazırda nominal forvarda xüsusi ehtiyac duymayan Qriqorçukun komandasına keçə bilər.
Qeyd edək ki, Əliyevin xidmətində "Zirə" və "Səbail" də maraqlıdı.
Fanat.Az