20:48 26.04.2017 919

"Şəmkir"lə "Ağsu" "Qaradağ Lökbatan"a qarşı birləşib? - İDDİA

Sabah Futbol üzrə Azərbaycan I Divizionunda son turunun oyunları keçiriləcək.


Fanat.Az sport7.az-a istinadən xəbər verir ki, bu tur gümüş və bürünc medalın sahibinin müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 


Məlum olduğu kimi, "Turan Tovuz" çempionluğunu rəsmiləşdirib. Hazırda 2-ci pillədə yer alan "Səbail" isə "Bakılı"nın qonağı olacaq. Debütantın aktivində 54 xal var və gözlənilən qələbə sayəsində "Səbail" gümüş medalları özü üçün təmin edəcək.


3-ci pillə ilə bağlı isə vəziyyət mürəkkəbdir. 52 xala malik iki komandadan "Qaradağ Lökbatan" 3-cü, "Ağsu" isə 4-cü yerdə qərarlaşıb. Lökbatan təmsilçisi Tovuzda yerli komandaya qonaq gedir. Saat 16:00-da başlayacaq bu qarşılaşmaya paralel olaraq "Şəmkir" - "Ağsu" qarşılaşması da start götürəcək. Bu oyunlarda büdrəyən tərəf 3-cü pillə ilə vidalaşmağa məhkumdu.


Sport7.az-a sabah keçiriləcək oyunlarla bağlı maraqlı məlumat daxil olub. Etibarlı mənbədən verilən məlumatda deyilir ki, "Şəmkir" sabahkı oyunda "Ağsu"ya 3 xalı "bağışlamağa" razılaşıb. Badri Kvaratsxeliyanın çalışdırdığı komandanın heç bir iddiası qalmadığından onlar "Ağsu"nun bürünc medallara yiyələnməsi üçün əllərindən gələni etməyə, müqavimətsiz təslim olmağa razıdılar. Bunun üçün həm də "Turan Tovuz"un "Qaradağ Lökbatan"ı büdrətməsi vacibdir. Mənbə də hadisələrin məhz bu ssenariylə cərayan edəcəyini bildirir. Bir sözlə, əyalət təmsilçiləri Lökbatan komandasının bürüncsüz qalması üçün birləşiblər.


Xəbər axşam saatlarında daxil olduğundan adı çəkilən komandaların rəsmilərindən münasibət öyrənmək mümkün olmayıb. Ümid edirik ki, UEFA-dan gələn siqnallar, AFFA-nın "Rəvan"la "Şərurspor"a verdiyi cəza divizionun digər təmsilçiləri üçün dərs olub və onlar Azərbaycan futbolunun adını ləkələməkdən, yeni sanksiyalara zəmin hazırlanmasından çəkinəcəklər.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X