“İnter” Peşəkar İdman Klubunun Müşahidə Şurasının sədri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş kluba Zaur Axundov rəhbərlik edəcək.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü Müşahidə Şurasına sədr təyin olunub. AFFA tərəfindən “İnter” Peşəkar İdman Klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə icraçı direktor kimi fəaliyyət göstərəcək.
Fanat.Az