19:57 29.04.2017 701

"Mən “Neftçi”nin baş məşqçisiyəm, sevməsəniz də, dözməlisiniz”

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın son turunun “Qarabağ”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Matç haqqında danışın...

- Çempiona qarşı oynadıq. İlk hissədə bərabər oyun getdi. İkinci hissədə “Qarabağ” təzyiqi artırdı. Buraxdığımz ikinci qol kuryoz idi. Amma həyat davam edir. Artıq növbəti mövsümü düşünməliyik.

 

- Bu gün azarkeşlərin olmaması xoşunuza gəldi?

- Məsələni şişirtməyin. Mən bütün azarkeşlərə yox, “Forza Neftçi”yə demişdim, çünki söyüş söymüşdülər. Xuliqan sözünü hamıya aid etməmişdim. Əlbəttə ki, azarkeşlerin olmaması mənfi haldı.

 

- Yeni transferlər ediləcəkmi?

- Mövsümü 7-ci yerdə bitirdik. Analiz etsək, son tura qədər 4-cü yeri tutmaq şansımız var idi. Komandaların sayı az olsa da, çempionat maraqlı keçdi. O ki qaldı növbəti mövsümə, klubda yekun iclas olacaq, ondan sonra nəsə deyə bilərəm.

 

- Köməkçilərinizin komandadan getdiyi bildirilir...

- Gəlin, indidən bu barədə danışmayaq. İclas olacaq, ondan sonra saytda məlumat yerləşdiriləcək.

 

- Hazırkı dövrü məşqçi karyeranızın ən zəif dövrü adlandırmaq olar?

- Əlbəttə ki, razı qalmadım. Amma komandanı qurmaq bir günün işi deyil. Sağ olsun, rəhbərlik mənə vaxt verir. Komandanı bu durumdan birlikdə çıxarmalıyıq.

 

- Zdenek Folprext “Neftçi”də qalacaqmı?

- Onun “Slovan”la müqaviləsi var. Onlardan asılıdı. Amma biz və azarkeşler Folprextdən razıyıq. Yəqin ki, qalacaq “Neftçi”də. Lakin son sözü çexlər deyəcək.

 

- Vəli Qasımovla Elxan Abdullayevin fərqi nədi?

- Müqayisə aparmaq istəmirəm. Avrokuboklarda iştirak etmək üçün hazır olmalıyıq. Bu il “Neftçi” ona hazır deyildi.  Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu. Hazır olan getməlidi, çünki Avropada hər komandamız Azərbaycanı təmsil edir. Boynuma alıram ki, istədiyim kimi alınmadı. Amma buna görə adamı öldürəsi deyiller axı. Bəzi nüanslar var ki, onları aradan götürməliyik, ondan sonra yaxşı olacaq. Məni tələsdirən yoxdu. Deyildi ki, komandanı qaldırmalısan. Bu gün “Qarabağ” bizdən qat-qat güclüdü. Amma sabah necə olacağını heç kim deyə bilməz.

 

- Heç istefa barədə düşünmüsüz?

- Mən döyüşkən insanam. Təzyiq və təhqir ola bilər. Amma mən buna görə istefa versəm, onda niyə məşqçi işləyirəm ki? Eqoizmi hamımız kənara qoymalıyıq.

 

- Sizə uğursuz məşqçi demək olarmı?

- Bu, sizin işinizdi. Rəhbərlik mənə dəstək olursa, deməli mənə inanır. Nə bilirsiz? Bəlkə məndən nəticə tələb edən yoxdu? Mən burda futbolçulara xərclənən pullara görə sizə hesabat verməməliyəm. Mənə o qədər azarkeş zəng edib dəstək verir ki...  Amma söyüş söyən insan hansı fanklubda olmasından asılı olmayaraq mənim üçün xuliqandı. Xuliqana xuliqan deyərlər, yaxşı insana yaxşı insan. Birinci dəqiqədən istefa deyilirsə, deməli mənim psixoloji vəziyyətimi gərginləşdirmək istəyirlər. Elə bilirsiz mən konfransa sevinərək gəlirəm? Bu, mənim işimdi, gəlməsəm, cərimələnərəm. Mən “Neftçi”nin baş məşqçisiyəm, sevməsəniz də, dözməlisiz. Siz mənə təşəkkür etməliydiniz ki, gəlib konfransda şablon sözlər demirəm.(apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X