Türkiyəli futbolçu Arda Turan haqqındakı transfer söz-söhbətlərini yalanlayaraq "Atletico Madrid"dən ayrılmayacağını açıqladı.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Çelsi" və "Liverpul" kimi komandaların transfer siyahısında yer aldığı iddia edilən futbolçu, "Getmək üçün bir səbəb görə bilmirəm. "Atletico Madrid"də qalacağam", deyib.
Arda Turan "Qalatasaray"dan "Atletico Madrid"ə 2011-ci ildə 12 milyon avroya transfer olmuşdu.
İdman24.az