12:49 09.10.2013 561

Tsiklin ən vacib oyununu qazanmalısız!

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, 15-də Rusiya yığmalarını qəbul edəcək milli hər iki qarşılaşmadan xalla ayrılmaq həvəsindədi. Əlbəttə, Berti Foqtsun F qrupunun sonuncu pilləsində qərarlaşmış komandası tsikli 5 xalla bitirməmək üçün bütün gücünü səfərbər edəcək. Şimal qonşularımızla görüşün olduqca prinsipial matç olduğunu bilirik. Ancaq rusları büdrətmək arzusu ilə bunu həyata keçirmək fərqli anlayışlardı. Razılaşaq ki, Fabio Kapellonun çalışdırdığı komandayla bərabərə qalmaq belə çətin tapşırıqdı.  Britaniyalıları isə “Bakcell Arena”dan əliboş yola salmaq olar. Bu yığmanın formasını geyənlərin həm mənəvi borcu, həm də reallıqla uzlaşan missiyadı.

 

Yen və 4-cü ol

Adalılarla Lüksemburqu qabaqlamaq əsas məqsəddi. Hərəyə 6 xalla 4-5-ci yerləri bölüşən rəqibləri geridə qoymaqla yanaşı ötən tsikldə qeydə alınan 7 xallıq rekordu yeniləmək də vacibdi. Seçmə məhz Britaniya təmsilçisini öz meydanında məğlubiyyətə uğratmaqla, sonuncu gərüşün nəticəsindən aılı olmayaraq, istəyinə çata bilər. Azərbaycan Şimali İrlandiya ilə üz-üzə gələcəyi gündə Rusiya səfərdə “cırtdan”la münasibətlərinə aydınlıq gətirəcək. Şübhəsiz cütün aşkar favoritidi Kapellonun yetirmələridi və meydan sahibləri ruslardan xal qoparsa, bu böyük sürpriz olar. Deməli, yığma öz işinin öhdəsindən gəlib birbaşa 4-cü pilləyə yüksəlmək haqda düşünməlidi. Növbəti oyun günündə Lüksemburqu qonaq qismində Portuqaliya, Maykl Onilin komandasını isə İsraildə yəhudilərlə görüşlər gözlədiyini unutmayaq. Təbii, sözügedən duellərin hər ikisində “doğma divarlar” arasında mübarizə aparacaq kollektivlər daha şanslıdı. Yığma mövcud durumdan maksimum yararlanmalıdı. Lap oktyabrın 15-də britaniyalılar yəhudilərdən, Lüksemburq Portuqaliyadan xal alsa belə, Bakıdakı mümkün zəfərin hökmü dəyişməyəcək. Bundan yaxşı fürsət?

 

“Cırtdan” bacarıbsa...

 

Tsikl başlamamışdan Lüksemburq üzərində 2 zəfərdən dəm vuranlar  bu gün bu rəqiblə görüşlərdə itirilən 4 xalın təəssüfünü əkir. Hərçənd, “cırtdan” gücünün yalnız özü səviyyədə Azərbaycana yox, daha səviyyəli komandalara çatdığını da isbatlayıb. Şimali İrlandiyanı öz meydanında 3:2 hesabı ilə üstələyən lüksemburqlular bizimkilərə məharətin nə demək olduğunu göstərib. Sadə məntiqlə, özünü Lük Holtsun yetirmələrindən zəif saymayanlar sözünü meydanda deməlidi.

 

Abışov olmasa da

 

Cari tsikldə yığmanın vurduğu 4 qoldan ikisinin müəllifinin Ruslan Abışovun önəmli duel ərəfəsində cəzalı duruma düşməsi itkidi. Amma Abışovun yoxluğunda da britaniyalıları məğlub etmək mümkündü. İsraillə görüşdə biri cəza, digəri zədə üzündən iştirak etməyən, bu mövsüm premyer-liqada hərəyə 4 top vuran Vaqif Cavadovla Əfran İsmayılovun  Foqtsun sərəncamında olacağını xatırlatsaq, yetər. Yəni əsas heyət üzvlərindən birinin xidmətindən məhrum olmaq dünyanın sonu anlamına gəlməməlidi. Dayaq yarımmüdafiəçisi mövqeyində Ruslanı əvəzləyəcək futbolçular var. Qara Qarayev – Rahid Əmirquliyev cütlüyü isə müdafiənin önündə mövqe tutmağa layiqdi.

 

Foqtsun da hədəfləri var

Dekabrda millinin “sükanını” təhvil verəcəyi deyilən Foqts son iki oyunda qazandığı nəticələrlə futbolsevərləri ovundursa, onu postunda saxlaya, almanla yeni anlaşma imzalaya bilərlər. Əlbəttə, futbol ictimaiyyətinin sağlam fikirli nümayəndələr dünya və Avropa çempionunun getmək vaxtının çatdığını düşünür. Ancaq dəfələrlə verdiyi qərarı dəyişən AFFA rəhbərliyi “yuxarılardan” “bravo” eşitsə, 66 yaşlı çalışdırıcı yeni əməkdaşlıq təklifi ala bilər. 2008-ci ilin yazından yığmaya rəhbərlik edən mütəxəssis vəziyyətin nə yerdə olduğunu yaxşı anlayır. Digər tərəfdən Foqts üçün rekordunu yeniləyib getmək də şərtdi. Bu həm baş məşqçinin yeni iş yeri tapmasına yardımçı olar , həm də major notlarla ayrılığın başqa ləzzəti var. Uğurlar üçün samballı pul mükafatı ayıran futbol qurumunun səxavətindən bihuş olub yola çıxmaq arzusu da öz yerində...

 

Lehimizə olan amillər

İsraillə səfər bərabərliyi azarkeşləri ümidləndirib. Hazırda millinin Şimali İrlandiyanı yenəcəyinə inanan çoxdu. Bu isə o deməkdi ki, milli “Bakcell Arena”da möhtəşəm dəstək altında oyuna çıxacaq. Mərkəzi arenadan fərqli, 8-ci kilometrdəki tikilinin akustikası effektlidi. 11000 tərəfdarın yaradacağı ab-hava yığma üzvlərinə əlavə ruh yüksəkliyi verəcək.

Lüksemburqa uduzan britaniyalılar öz ölkəsində başlıca tənqid hədəfidi. Onil bilir ki, Azərbaycana məğlubiyyəti ona bağışlamayacaqlar. Yenilgi xofu isə həmişə basqı yaradır. Adalıları gözlədiyindən aqressiv futbolla təəccübləndirməliyik. Belfastda uzatma dəqiqələrində vurduğu qolla təmsilçimizə uduzmaqdan qurtulanlar soyuqqanlı deyil. Onların əsblərinə təsir edəcək hər vasitədən istifadə etmək lazımdı. İdman prinsiplərindən kənara çıxmadan. Axı bu tale yüklü qarşılaşmadı.

 

NİHAT, “Futbol+”

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X