Şimali İrlandiya yığmasının üzvü Stiven Deyvis DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah millimizlə keçirəcəkləri oyun haqda fikir səsləndirib.
Fanat.az xəbər verir ki,adalıların kapitanı millimizin futbolçularından heç birini fərqləndirməyib: “Azərbaycanla bir dəfə qarşılaşmışıq. Yetərincə yaxşı komanda olduğunu bilirəm. Ancaq hazırda kimisə fərqləndirməyə çətinlik çəkirəm. Çünki bir oyunla hansısa futbolçunun adını çəkmək çətindi”.
Fanat.az