20:06 29.12.2017 1759

İtkin alpinistlərlə bağlı son xəbər (AÇIQLAMA)

"Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir”.
 
Bunu APA-ya axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.

O bildirib ki, itkin düşən Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin dekabrın 26-da geri qayıtmaları nəzərdə tutulub: "Onlar dekabrın 24-ü axşam saat 17-18 radələrində alpinist yoldaşları ilə əlaqə yaradıblar. Bildiriblər ki, orada hava şəraiti pisdir, çadır qurublar, gecəni çadırda keçirəcəklər. Elə həmin andan alpinistlərlə əlaqə kəsilib. Biz dekabrın 27-i səhər saatlarından axtarış işlərinə başlamışıq və axtarış işləri davam edir”.

FHN rəsmisinin sözlərinə görə, ərazidə hava şəraiti çox soyuqdur: "Havanın temperaturu mənfi 10-15 dərəcədir, ərazi çox böyükdür. Axtarış Tufandağın ətəyində, ən yüksək hündürlüklərdə həm helikopter vasitəsilə, həm də şəxsi heyətin iştirakı ilə aparılır. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub. Ərazi çox böyükdür. Şəxsi heyət 4 qrupa bölünüb. Hətta qar uçqunu olan ərazilərə də baxırıq, axtarış aparırıq. Uçqun sahəsi 2 metr yarıma qədər qazılıb. Lakin hələlik nəticə yoxdur. Qarın qalınlığı 5-6 metrdir. Yenə bildirirəm ki, güman gələn bütün istiqamətlər yoxlanılıb. Bu günlük axtarış işləri başa çatıb”.

Ş. Mirzəyev qeyd edib ki, bu gün itkin düşmüş alpinistlərə aid olduğu ehtimal edilən ayaq izləri aşkarlanıb: "Bizim əməkdaşlar məlumat verdilər ki, Mahmuddərədən Tufandağa qalxanda, sağ tərəfdə ayaq izləri aşkarlanıb. Ayaq izlərinin ölçülərindən biri kiçikdir, xanıma aid olduğu ehtimal edilir. Lakin izlər 15 metrdən sonra itir. Onlar dekabrın 24-ü Tufandağın ətəyində sonuncu dəfə mobil şəbəkəyə qoşulublar. Sadəcə, arada vaxt itkisi olub. Hadisə olur, aradan uzun müddət ötəndən sonra insanlar bizə müraciət edirlər. İnsanlar hadisə barədə dərhal aidiyyəti qurumları məlumatlandırsalar, daha yaxşı olar. Sabah səhər saatlarında yenidən axtarış işlərinə başlanılacaq”. 

"Gilavar” hava və ekstrim idman klubu İctimai Birliyinin direktoru Ziya Qasımov isə APA-ya bildirib ki, klub üzvlərinin üzərində hər hansı radiostansiya olmayıb: "Onların üzərində yalnız mobil telefonlar olub. Dekabrın 24-ü axşam saatlarında axırıncı mesajı mənə yazıblar. Daha sonra onlar bizimlə əlaqəyə çıxmadıqlarına görə Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik”. 

Direktor qeyd edib ki, Çingiz, Tufan, Turfandağ silsilələrin hamısı, qar uçqunları, qayalar, buz çatları axtarılır, bütün ehtimal olunan variantlar araşdırılır: "Helikopterlər bütün zirvələrin üzərində, hətta Şahdağ və Lazanın da üzərində dolaşıb”. 

Qeyd edək ki, 26 dekabr axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. 

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub. 

Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X